Avropa ölkələri müdafiə xərclərini artırır- ÖZƏL

Olaylar.az xəbər verir ki, bir çox Avropa ölkələri Rusiya-Ukrayna müharibəsi səbəbindən müdafiə xərclərini artırmağa üstünlük verib. Polşa və Almaniya ilə yanaşı, İsveç və Finlandiya kimi ölkələr də xərclərini rekord sürətlə artırıblar. Rusiya-Ukrayna müharibəsi hərbi tarazlığı pozdu. Bu isə ölkələrin müdafiə siyasətində köklü dəyişikliklərə səbəb oldu. Xüsusən də imkanlarının yetərli olmadığı aşkarlanan Avropa ölkələri müdafiə xərclərini artırmağa qərar verdiblər. Ən nəzərəçarpacaq artım Polşada olub. Polşa hazırda  ümumi daxili məhsulunun 4,3 faizini ordusuna ayırır. Bu, ölkənin faktiki ehtiyacından 17 milyard avro çoxdur. Almaniya həmçinin ordusunun modernləşdirilməsi, yeni silahların alınması və istehsalı üçün 100 milyard avro büdcə ayırıb. Bununla belə, Berlinin müdafiə xərcləri hələ də NATO-nun müəyyən etdiyi hədəfdən aşağıdır. Almaniya iqtisadi istehsalının 1,6 faizini müdafiə xərclərinə ayırır. Finlandiyanın hərbi xərcləri 36 faiz, Litvanın 27 faiz, İsveçinki isə 12 faiz artıb. Nəhayət, Danimarka 10 il ərzində ölkənin müdafiəsi üçün xərcləri 3 dəfə artırmaq qərarına gəldi. Danimarka hökuməti buna ümumilikdə 19 milyard avrodan çox vəsaitin xərclənəcəyini açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31