Ermənistanda bir çox yüksək vəzifəli şəxs həbs ediləcək - Narkotik alverinə görə
31 May 2023 12:09 DünyaSon zamanlar istər Ermənistan Ordusunda, istərsə də siyasi dairələrdə yüksək vəzifələr tutan şəxslər arasında narkotik alveri sürtələ artıb.
Trend "Hraparak" nəşrinə istinadən xəbər verir ki, Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan parlamentdə büdcə məsələləri ilə bağlı qapalı müzakirələr zamanı bu məsələyə xüsusilə toxunub. Abazyan narkotiklərin ölkəsində sürətlə yayılmasından narahatlığını bildirib və qeyd edib ki, ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə kontekstində bir sıra yüksək vəzifəli məmurların həbsi gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31