"Qalatasaray" futbol klubu Türkiyə çempionu olub
30 May 2023 23:46 DünyaFutbol üzrə Türkiyə Super Liqasının 34-ci turu çərçivəsində "Ankaragücü" və "Qalatasaray" komandaları qarşılaşıb.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, oyun "Qalatasaray"ın 4:1 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin yeganə qolunu Felisi Milson (16-ci dəqiqə) vurub. "Qalatasaray" klubunun qollarını isə Mauro İkardi (7,38-ci dəqiqələr), Barış Yılmaz (73), Serxio Oliveyra (78).
Bununla da "Qalatasaray" klubu lazım olan qələbəni təmin edərək Türkiyə çempionluğunu qazana bilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31