İrana görə Rusiyaya sanksiyalar TƏTBİQ OLUNACAQ
30 May 2023 23:30 DünyaABŞ mayın 31-də Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək. Bunlar xüsusilə ixrac məhdudiyyətlərini nəzərdə tutur.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken bildirib.
"Sabah (31 may - red.) biz Ukrayna vətəndaşlarına və mülki infrastruktura hücum etmək üçün istifadə edilən İran pilotsuz uçuş apartlarında tapılan texnologiyalara ixrac nəzarəti əsasında yeni tədbirləri elan edəcəyik", - Blinken bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31