Moskvaya dron hücumuna REAKSİYA

Ağ Ev Moskva və Moskva vilayətinə pilotsuz təyyarələrin hücumu ilə bağlı məlumatlardan xəbərdardırdır, təfərrüatı öyrənir, Rusiya daxilində hücumları təşviq etmir.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının məlumatında deyilir.

"Biz xəbərləri gördük və hələ də baş verənlərlə bağlı məlumat toplayırıq. Ümumiyyətlə, biz Rusiya daxilində hücumları dəstəkləmirik", - bəyanatda deyilir.

Qeyd edək ki, bu gün səhər saatlarında Moskvaya dron hücumları olub. Rusiya rəsmiləri hücumun Ukrayna tərəfindən həyata keçirildiyini iddia edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31