Rusiyada tribuna çökdü: yaralılar var

Rusiyanın Rostov-na-Donu şəhərində tribunanın çökməsi nəticəsində 15 nəfər xəsarət alıb.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rostov vilayətinin qubernatoru Vasili Qolubyev deyib.

İnsidentin avarçəkmə kanalı sahilində baş verdiyi bildirilib.

Qubernatorun sözlərinə görə, yaralananlardan 3-nün vəziyyəti olduqca ağırdır.

O, şiddətli küləyin çökməyə səbəb olduğunu qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31