Almaniyada daha bir məscidə hücum olub- ÖZƏL
30 May 2023 16:25 DünyaOlaylar.az xəbər verir ki, Almaniyada məscidlərə hücumlar davam edir. Ötən gecə naməlum şəxs və ya şəxslər İslam İcması Milli Gorus Hannover Mərkəzi məscidinə molotof kokteyli ilə hücum edib.
Hücumla bağlı məlumatı İslam İcması Milli Fikir Təşkilatının sədri Kamal Ergün paylaşıb. Ergün, dünən gecə naməlum şəxs və ya şəxslərin Hannover Mərkəzi Məscidinə molotof kokteyli ilə hücum etdiyini bildirib. Hücumda məscidin aşağı mərtəbəsindəki restoranın şüşələri sındırılıb, çöldəki oturacaq qrupları yandırılıb.O, "Biz bir məbədə edilən bu hücumu ən sərt şəkildə qınayırıq" deyib. O, hücumun tez bir zamanda aydınlaşdırılması və cinayətkarların qanun qarşısında cavab verməsi üçün hadisəni izləyəcəklərini bildirib. 2022-ci ildə Almaniyada 35 hücumda məscidlər birbaşa hədəfə alınıb. Mayın 9-da DİTİB Drezden Fatih məscidinə hücum edilib və müqəddəs kitabların olduğu hissə yandırılıb.