Polis sevgilisini başından vuran Aysel tutuldu - FOTO
30 May 2023 15:45 DünyaTürkiyədə polis güllələnib.
Olaylar.az lent.az-a istinadən bildirir ki, hadisə Ağsaray şəhərində Daşbazar məhəlləsindəki yaşayış binasında baş verib. 26 yaşlı Abdullah. E ilə sevgilisi Aysel. G arasında naməlum səbəbdən münaqişə yaranıb. Münaqişə zamanı Aysel Abdullahın xidməti silahı ilə onun başına atəş açıb.
Hadisə yerinə çağırılan təcili tibbi yardım əməkdaşları yaralını xəstəxanaya aparıblar. Aysel. G isə saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31