Kiyev rejiminin qoşunları son sutka ərzində DXR-i 33 dəfə bombardman edib – ÖZƏL
30 May 2023 12:05 DünyaKiyev rejiminin qoşunları ötən sutka ərzində Donetsk Xalq Respublikasının (DXR) ərazisini 33 dəfə bombardman edib, bir mülki vətəndaşın öldüyü, daha ikisinin isə yaralandığı bildirilir.
Olaylar.az xəbər verir ki, son 24 saat ərzində DXR missiyası Ukrayna qüvvələrinin Donetsk bölgəsində çoxlu atışlı raket sistemləri, həmçinin 152 və 155 mm-lik artilleriya silahlarından istifadə etdiyi bombardmanları qeydə alıb.
Missiya bildirib ki, ümumilikdə Ukrayna hərbçiləri DXR-ə qarşı 210 sursat atıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31