Rusiya Ukrayna münaqişəsində qalib gələnə qədər danışıqlar aparmayacaq - ÖZƏL
30 May 2023 12:03 DünyaAİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xosep Borrel Ukraynadakı vəziyyətlə bağlı "nikbin olmadığını" və Rusiyanın Ukrayna münaqişəsində qalib gələnə qədər danışıqlar aparmayacağına inandığını bildirib.
Olaylar.az xəbər verir ki, o, bbu barədə İspaniyanın Barselona şəhərində keçirilən ekspertlər forumunda çıxışı zamanı bildirib.
"Mən Rusiyanın müharibədə qalib gəlmək üçün aydın iradəsini görürəm. Rusiya qalib gələnə qədər danışıqlar aparmayacaq" - Avropa İttifaqının xarici siyasət rəhbəri deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31