ABŞ-da atışma: 9 yaralı var- ÖZƏL
30 May 2023 12:04 DünyaOlaylar.az xəbər verir ki, ABŞ-ın Florida ştatındakı Hollywood Beach Road-da atışma baş verib. Hücum nəticəsində 9 nəfər yaralanıb. Şübhəlilər ABŞ-ın Florida ştatındakı Hollywood Beach Road-da silahlı hücumdan ətrafa atəş açıb. Polis sözçüsü hadisə nəticəsində 9 nəfərin yaralandığını bildirib.
Hadisə yerinə çoxlu sayda polis və tibb qrupu göndərilib. Böyük çaxnaşma yaşanan çimərlikdə olanlar yaralılara ilkin tibbi yardım göstəriblər. Xəsarət alanlar arasında uşaqların da olduğu bildirilib. Bir şübhəlinin saxlanıldığı, digər şəxsin isə axtarıldığı qeyd edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31