Kanadada meşə yanğını: Fövqəladə vəziyyət elan edilib- ÖZƏL

Olaylar.az xəbər verir ki, Kanadanın Halifax şəhərində meşə yanğını ilə əlaqədar bir həftəlik fövqəladə vəziyyət elan edilib. Minlərlə insan evlərindən təxliyə edilib. Kanadanın Yeni Şotlandiya əyalətinin paytaxtı Halifax meşə yanğını ilə mübarizə aparır. Bölgədə yaşayan 14 min insanın təxliyyə edilməsinə və elektrik enerjisinin kəsilməsinə səbəb olan meşə yanğını səbəbindən şəhərdə bir həftəlik fövqəladə vəziyyət elan edilib. Alovların yaşayış məntəqələrinə çatdığı öyrənilərkən, bütün şəhəri səmanı tüstü bürüdüyü görülüb. Halifax Bələdiyyəsi sakinləri hava şəraiti yaxşılaşana qədər pəncərə və qapıları bağlamağa və evdə qalmağa çağırıb. İlkin hesablamalara görə, bölgədə 200 binaya ziyan dəyib. İlk təxliyyələrin aparıldığı Westwood Hillsdə 10 ev dağıdılıb. Yerli hakimiyyət orqanlarından verilən açıqlamada bildirilib ki, təcili tibbi yardım qrupları və yanğınsöndürənlər bütün gün ərzində insanları təxliyə və yanğını söndürmək üçün çalışıblar. Kanadanın qərbindəki Alberta əyalətində mayın 5-də başlayan meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan edilib və minlərlə hektar ərazi külə dönüb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31