Zelenski və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub

Ukrayna Prezidenti Volodimir Zelenski bazar ertəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsindən bildirilib.

Telefon danışığı zamanı Zelenski Ərdoğanı yenidən Türkiyə prezidenti seçilməsi münasibətilə təbrik edib.

Tərəflər həmçinin Ukraynadakı müharibə ilə bağlı hadisələri və regional məsələləri də müzakirə ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31