Bayden Ərdoğanı yenidən prezident seçilməsi münasibətilə təbrik edib

ABŞ Prezidenti Co Bayden bazar ertəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsindən bildirilib.

Məlumata əsasən, Bayden Ərdoğanı yenidən Türkiyə prezidenti seçilməsi münasibətilə təbrik edib.

Türkiyə-ABŞ əlaqələrinin daha da vacib hala gəldiyini bildirən liderlər, iki ölkə arasında bütün məsələlərdə əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31