Putin Ərdoğanı prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib
29 May 2023 22:40 DünyaRusiya Prezidenti Vladimir Putin bazar ertəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsindən bildirilib.
Məlumata əsasən, Putin Ərdoğanı yenidən Türkiyə prezidenti seçilməsi münasibətilə təbrik edib.
İki ölkə lideri həmçinin ikitərəfli və regional məsələləri müzakirə edib, ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi barədə razılığa gəliblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31