Rusiya və Belarusa QADAĞA
29 May 2023 22:06 Dünyaİyunun 1-dən etibarən Rusiya və Belarus nömrəli yük maşınlarının Polşa sərhədini keçməsi qadağan edilir.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Polşa daxili işlər və administrasiya naziri Mariuş Kaminskinin fərmanında qeyd olunub.
Sənədə əsasən, yük avtomobilləri, traktorları, qoşqular, o cümlədən yarımqoşqular, həmçinin Belarus və ya Rusiyada qeydiyyatda olan avtomobillər növbəti bildirişə qədər Polşa ilə sərhədi keçə bilməyəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31