Şolts Ərdoğanı Berlinə səfərə dəvət edib
29 May 2023 21:51 DünyaAlmaniya kansleri Olaf Şolts telefon danışığı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı yenidən Türkiyə Prezidenti seçilməsi münasibətilə təbrik edib.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsindən bildirilib.
Öz növbəsində R.T.Ərdoğan Almaniya ilə əlaqələrin daha da inkişaf edəcəyinə ümid etdiyini bildirib.
Almaniya hökumətinin mətbuat xidməti açıqlamasında qeyd edib ki, Şolts Ərdoğanı Berlinə rəsmi səfərə dəvət edib.
Şolts həmçinin Berlin və Ankara arasında, xüsusilə NATO çərçivəsində tərəfdaş kimi sıx əlaqələrin olduğunu vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31