Solovyovun qızı müharibəyə QARŞI ÇIXDI
29 May 2023 21:41 DünyaRusiyalı aparıcı, Kremlin qızğın təbliğatçısı Vladimir Solovyovun qızı Yekaterina Solovyova Ukraynaya qarşı aparılan müharibəyə qarşı çıxıb.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, Yekaterina bununla bağlı sosial şəbəkə hesablarında paylaşımlar edib.
"Qızılgül qırmızıdır, bənövşə göydür, müharibə isə ağrı, vəhşilik və ölümdür. İnsanlar yaşayır, öz işləri ilə məşğul olur, bir-birilərini sevir, nəsə haqqında arzulayırlar. Daha sonra evləri atılan mərmilərlə dağılır və son saniyələrdə bir-birini qucaqlamaqdan başqa çarələri qalmır. Bir onu bilirəm ki, incəsənət kölgə ilə mübarizəyə kömək edir. Bizim, xüsusilə də mənim bütün konsertimiz hər zaman müharibə əleyhinə olub, olacaq da", - Solovyova bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31