"Demilitarisaziya zonaları mütləqdir"

Ukraynanın müharibədən sonrakı strukturunun əsas mövzusu Rusiya ərazisinə 100-120 km dərinlikdə silahsızlaşdırılmış zonanın daxil edilməsi olmalıdır.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

Onun sözlərinə görə, bu, gələcəkdə növbəti hücumdan qaçmaq üçün vacibdir:

"Xarkov, Çerniqov, Sum, Zaporojye, Luqansk və Donetsk vilayətlərinin sakinlərinin təhlükəsizliyini təmin etmək və onları mərmilərdən qorumaq üçün Belqorod, Bryansk, Kursk, Rostov vilayətləri ərazisində 100-120 km-lik silahsızlaşdırılmış zonanın tətbiqi məcburi olmalıdır", - Podolyak bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31