Cibində 7 qumbara ilə gəzən şəxs SAXLANILDI

Moskva vilayətinin Volokolamsk şəhərində polis cibində 7 qumbara olan 44 yaşlı kişini saxlayıb.

Olaylar.az lent.az-a istinadən bildirir ki, həmin şəxs Yadrovo kəndi yaxınlığında döyüş sursatı tapdığını bildirib.

Hazırda qumbaralar ekspertlər tərəfindən yoxlanılır. Saxlanılan şəxsin əvvəllər aliment pulunu ödəmədiyi üçün məhkum edildiyi bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31