"Seçkilərin birinci turundan sonra vətəndaşlar Türkiyəyə getməkdən qorxmağa başlayıblar"
29 May 2023 20:48 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərinin ikinci turunda qalib gəlməsi ölkənin Rusiya ilə münasibətləri saxlamaq üçün yeni imkanlar tapacağı anlamına gəlir.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq və siyasi strateq Alyona Avqust deyib.
"Rusiya ilə münasibətlər necə inkişaf edəcək? Bizim açıq-aşkar düşmənçiliyimiz yoxdur. İndi bütün dünyanın və Rusiyanın, o cümlədən Türkiyənin düşdüyü çətin vəziyyətdə, hansısa qarşılıqlı əlaqə yollarını tapmaq, mövcud olan əlaqələri qorumaq istəyi var", - o bildirib.
Onun fikrincə, Türkiyə Rusiya ilə münasibətləri korlamayacaq, çünki ölkəyə turist axınını ruslar təşkil edir:
"Seçkilərin birinci turundan sonra vətəndaşlar Türkiyəyə getməkdən qorxmağa başlayıblar ki, bu da turistlərin sayının azalmasına səbəb olub. İndi ruslar tətilini yenidən planlaşdıra biləcəklər ki, bu da Türkiyə tərəfi üçün vacibdir".