NATO-nun “Saber Guardian-23” təlimləri başlayıb

Bazar ertəsi Rumıniyada NATO-nun "Saber Guardian-23" adlı beynəlxalq hərbi təlimi başlayıb.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rumıniya Radiosu məlumat yayıb.

Milli müdafiə naziri Ancel Tılver qeyd edib ki, bu təlimlər müttəfiqlərlə birgə hərəkət etmək bacarığının artırılması üçün vacibdir. Təlimlərdə 10 minə yaxın hərbi qulluqçu, o cümlədən 5 mindən çox Rumıniya hərbi qulluqçusu iştirak edir. Təlimlərə 1,7 mindən çox hərbi texnika cəlb edilib.

Rumıniyadan başqa, 12 müttəfiq və tərəfdaş ölkə də təlimlərdə iştirak edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31