YSK açıqladı: 54,6% sayılıb, namizədlərin səsləri...
28 May 2023 20:42 DünyaTürkiyənin Ali Seçki Qurumu (YSK) seçkilərlə bağlı rəsmi açıqlama yayıb.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, qurum sədri Əhməd Yenər indiyədək səslərin 54,6 faizinin sayıldığını açıqlayıb.
O, bütün məlumatların seçkidə iştirak edən tərəflərə təqdim edildiyini vurğulayıb.
O bildirib ki, hazırkı nəticələrə görə, Rəcəb Tayyib Ərdoğan 54.47%, Kamal Kılıçdaroğlu 45.53% səs toplayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31