Seçki sanqılarının 90 faizdən çoxu açılıb: Ərdoğan liderlik edir

Türkiyədə prezident seçkilərində səslərin hesablanması başlanandan indiyədək seçki sandıqlarının 92,96 faizi açılıb.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, sanıqların 92,96%-nin açılması zamanı respublikanın hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan 52,50% səslə öndədir.

Kamal Kılıçdaroğlu 47,50 faiz səs toplayıb.

Qeyd edək ki, bu gün Türkiyədə ikinci tur prezident seçkiləri keçirilib.

Səsvermə prosesi Bakı vaxtı ilə saat 09:00-dan 18:00-a qədər davam edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31