Akşənərdən seçkilərlə bağlı AÇIQLAMA

Bu sistemin dəyişəcəyinə ümidimiz və inamımız var.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bunu İYİ Partiyasının sədri Maral Akşənər prezident seçkilərinin 2-ci turu ilə bağlı danışarkən deyib.

"Bütün müşahidəçilər son ana qədər seçki qutularının başında gözləməlidir. Hər hansı bir yorğunluq əlaməti və ya problem hiss edərlərsə, mənsub olduqları partiyaya zəng etməlidirlər. Xüsusilə gənclərdən xahiş edirəm ki, orda qalsınlar və motivasiyalarını yüksək tutsunlar. Xeyirli olsun!", - partiya sədri bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31