Zelenskinin İranla bağlı müraciətinə REAKSİYA

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyaya pilotsuz təyyarələrin tədarükünü tənqid etməklə daha çox Qərb silahı almağa ümid edir.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bunu İran XİN sözçüsü Nasir Kənani deyib.

"Ukrayna prezidentinin İrana qarşı yalan bəyanatları təkrarlaması Qərb ölkələrindən mümkün qədər çox silah və maliyyə yardımı cəlb etmək məqsədi daşıyan antiiran təbliğatı və media müharibəsinə uyğundur", - Kənani bildirib.

Qeyd edək ki, Zelenski İran xalqına müraciət edərək, Tehran rejiminin Rusiyaya silah göndərməsinə imkan verməməyə çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31