Youtube Rusiyanın agentlik kanalını SİLDİ
27 May 2023 21:07 Dünya"Google" Rusiyanın "Ura.ru" internet xəbər agentliyinin "Youtube" kanalını silib.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə portalın özü məlumat yayıb.
Məlumata görə, bloklanmaya səbəb Rusiyanın işğal etdiyi Ukrayna ərazilərində keçirilən referendumlarla bağlı videoçarxın dərc edilməsi olub:
"Biz ilk xəbərdarlığı mayın 3-də keçən il Xerson vilayəti administrasiyasının Rusiyaya qoşulmaq üçün referendumun keçirilməsi ilə bağlı bəyanatı ilə bağlı videoya görə aldıq. İkincisi isə mayın 12-də Rusiyaya birləşməklə bağlı referendumdan sonra "lxr" və "dxr"da nələrin dəyişəcəyinə dair hekayənin əks olunduğu videodur".
Kanalın redaktoru qeyd edib ki, kanal mayın 27-də "qaydaların pozulması" ilə üçüncü xəbərdarlıq və avtomatik bloklanma alıb.