"Qaqarin" ordeni TƏSİS EDİLDİ
27 May 2023 19:52 DünyaRusiya Prezidenti Vladimir Putin Rusiyada yeni bir mükafat - planetin ilk kosmonavtı "Yuri Qaqarin" adına ordeni təsis edib.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə hökumətin rəsmi internet portalında məlumat verilib.
Məlumata görə, orden kosmonavtikada xidmətlərinə görə veriləcək. Mükafat bu sahədə alimlərin, mühəndislərin və digər mütəxəssislərin hazırlanmasında, raket-kosmik texnikanın inkişafı, istehsalı, sınağı və qəzasız istismarında, yeni texnologiyaların yaradılması və tətbiqində, tədqiqatların aparılmasında əldə olunan nailiyyətlərə görə təqdim olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31