Daşqınların vurduğu İtaliyada epidemiya alarmı - ÖZƏL

Olaylar.az xəbər verir ki, İtaliyada  ötən həftə yağan leysan yağışların səbəb olduğu sel nəticəsində sarsılan və 15 nəfərin öldüyü Emilia Romagna bölgəsində sel sularının hələ də çəkilmədiyi bölgələrdə yaşayanlara epidemik xəstəliklərlə bağlı xəbərdarlıq edilib. İtaliyanın ANSA agentliyinin xəbərində seldən zərər çəkmiş ərazilərdə durğun su, zibil və heyvan cəmdəkləri ilə qarışan kanalizasiya tullantılarının çirklənmə ehtimalının artdığı, bölgədə virusa yoluxma riski ilə bağlı narahatlıqlara səbəb olduğu bildirilib. Sel sularının hələ də çəkilmədiyi qəsəbələrdən biri olan Ravenna əyalətinin Konselis şəhərinin meri Paola Pula şəhərlərində hələ də su altında qalan və evlərində yaşayan vətəndaşların tezliklə evlərini tərk etmələri üçün əmr imzalayıb. Bu təlimatla məqsədlərinin əhalinin sağlamlığını və təhlükəsizliyini qorumaq olduğunu ifadə edən Pula, "Hazırda fövqəladə sağlamlıq vəziyyəti yoxdur. Lakin suyun durğunluğu, kanalizasiya şəbəkəsinin sıradan çıxması, içməli su təchizatında mümkün fasilələr və yığılmayan zibil burada qalmağı təhlükəli edir"ifadəsini işlədib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31