Ərdoğandan ÇAĞIRIŞ: Fəal olun

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə vətəndaşlarını mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turunda fəal iştirak etməyə çağırıb.

Olaylar.az TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğan Twitter sosial şəbəkəsindəki səhifəsində yazıb.

Ərdoğan ölkə vətəndaşlarını birlik nümayiş etdirməyə çağırıb.

Türkiyə prezidenti bazar günü ölkə vətəndaşlarının "Türkiyə əsri" vizyonu ətrafında birləşəcəyinə əminliyini ifadə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31