"Ermənistanla 1915-ci il hadisələri ilə bağlı fərqli fikirdə ola bilərik"
26 May 2023 23:52 DünyaErmənistan-Azərbaycan əlaqələrinin normallaşması, Türkiyə-Ermənistan əlaqələrinə də təsir edir.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu haqda Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.
O qeyd edib ki, Türkiyə Ermənistan əlaqələrinin normallaşması əslində Yerevandan asılıdır.
Ermənistanla 1915-ci il hadisələri ilə bağlı fərqli fikirdə ola bilərik. Lakin terroristlərə heykəl ucaltmaq münasibətlərimizin normallaşmasına xələl yetirir və bu qəbul edilməzdir. Ermənistan özünə güvənirsə 1915-ci il hadisələrinin araşdırılması üçün ABŞ, Fransa, Rusiyadan ibarət komissiya tərtib etsin" - deyə Çavuşoğlu bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31