"Tamamilə dəli olublar? Orada nə baş verdiyi bəlli deyil”
26 May 2023 23:08 DünyaGürcüstanla hava əlaqəsinin açılması mənim şəxsi təklifim və qərarım idi.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Gürcüstanla hava əlaqəsinin bərpası barədə qərarı haqda deyib.
"Mən düşünürdüm ki, onlar təşəkkür edəcəklər. Amma yox. Bu məsələ ilə bağlı bir qədər səs-küy yarandı. Çox qəribə və açığı, gözlənilməzdir. Tamamilə dəli olublar? Orada nə baş verdiyi bəlli deyil", - Putin bildirib.
Qeyd edək ki, Putinin fərmanı ilə 15 maydan Gürcüstana birbaşa uçuşlar bərpa edilib və Gürcüstan vətəndaşlarına viza rejimi aradan qaldırılıb. Qərbmeyilli qüvvələr, o cümlədən Prezident Zurabişvili isə buna kəskin etiraz edirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31