"Xəstəxanaya və baytarlıq klinikasına qarşı ballistika. Xəstə məxluqlar..."
26 May 2023 22:16 DünyaDneprdə xəstəxana və baytarlıq klinikasına raket hücumu tamamilə xəstə məxluqlar tərəfindən həyata keçirilib.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
"Gün ərzində mən Dneprdəki vəziyyət və hücumun nəticələrinin aradan qaldırılması ilə bağlı hesabatlar alıram. Bu açıq-aşkar vəhşilikdir: rus raketi, xəstəxanaya və baytarlıq klinikasına qarşı ballistika. Xəstə məxluqlar...", - Zelenski vurğulayıb.
Qeyd edək ki, Dneprə Rusiyanın raket hücumu nəticəsində 2 nəfər ölüb, 31 sakin isə yaralanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31