NATO və Ukrayna dialoqa BAŞLADI
26 May 2023 21:47 DünyaNATO və Ukraynanın nümayəndələri mayın 25-26-da Brüsseldə elmi və ekoloji əməkdaşlıq üzrə işçi qrupunun iclasını keçirib və burada yüksək səviyyəli innovasiyalar üzrə dialoqa başlayıblar.
Olaylar.az report-a istinadən xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Bu dialoqun başlanması həm kommersiya, həm də müdafiə məqsədləri üçün innovasiyaların inkişafı ilə bağlı fikir mübadiləsi aparmaqla NATO və Ukrayna arasında mövcud tərəfdaşlığı genişləndirmək məqsədi daşıyır", - sənəddə qeyd edilib.
Alyans həmçinin innovasiya dialoqu çərçivəsində mütəxəssislərini Ukraynaya göndərəcəyini vəd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31