Vladimir Putin və Braziliya lideri Ukraynanı müzakirə etdilər

Rusiya Prezidenti Vladimir Putin Braziliya lideri Lula da Silva ilə telefon danışığı aparıb.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Liderlər telefon danışığı zamanı ikitərəfli münasibətlərlə yanaşı, Ukraynadakı müharibəni də müzakirə ediblər.

Braziliya prezidenti Ukrayna münaqişəsinin həlli üçün vasitəçilik təkliflərini Putinə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31