Türkiyədə fevraldan bu yana 38 min afterşok baş verib
26 May 2023 21:13 DünyaTürkiyədə fevralın 6-sı baş verən dağıdıcı zəlzələlərdən sonra 38 minə yaxın afterşok qeydə alınıb.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı AFAD-ın Zəlzələ və Risklərin Azaldılması şöbəsinin direktoru Orxan Tatar açıqlayıb.
O, fevralda 7 bal gücündə baş verən 2 güclü zəlzələ kimi böyük təbii fəlakətlərdən sonra uzun müddət afterşokların davam edə biləcəyini vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31