Türk Evinə hücum edən şəxs SAXLANILDI
26 May 2023 19:32 DünyaABŞ-ın Nyu York şəhərində Türk Evinə hücum edən şəxs saxlanılıb.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.
Qeyd edək ki, mayın 22-də Nyu Yorkda Türkiyə Baş Konsulluğunun yerləşdiyi Türk Evinə hücum olub. Binanın şüşələri sındırılıb.
Hücumda Türkiyənin Giresun rayonunda qeydiyyatda olan və Türkiyədə sağlamlığa zərər vurma, hədələmə və narkotik saxlama maddələri ilə məhkum olunmuş Rəcəb Akbıyıkın iştirak etdiyi müəyyən edilib. Onun psixi problemləri olduğu qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31