İsveçdən NATO-ya üzvlük bəyanatı- ÖZƏL
26 May 2023 15:54 DünyaOlaylar.az xəbər verir ki, İsveçin xarici işlər naziri Billstrom bildirib ki, "Bizim məqsədimiz iyul ayına qədər NATO-ya daxil olmaqdır". İsveçin xarici işlər naziri Tobias Billstrom NATO-nun iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək sammitində NATO-ya üzv olmağı hədəflədiklərini açıqlayıb. Billstrom ispaniyalı həmkarı ilə keçirdiyi mətbuat konfransında "Biz o vaxta qədər üzv ola bilməliyik. Bu, hökumətin tələbidir" deyib.
İsveç, Finlandiya ilə birlikdə ötən il NATO-ya üzv olmaq üçün müraciət etmiş, lakin Türkiyə və Macarıstanın etirazları səbəbindən İsveçin üzvlük prosesi tamamlanmamışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31