Çin taxıl müqaviləsinin tam yerinə yetiriləcəyinə ümid edir - ÖZƏL

"Çin səlahiyyətliləri taxıl sazişinin tam yerinə yetiriləcəyinə ümid edir və müvafiq sazişin bütün tərəflərinin narahatlıqlarını aradan qaldırmaq üçün məsləhətləşmələri alqışlayır".

Olaylar.az xəbər verir ki, bunu Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning bildirib.

"Ümid edirik ki, Qara dəniz vasitəsilə taxıl daşınması ilə bağlı sövdələşmə balanslaşdırılmış, hərtərəfli və səmərəli şəkildə həyata keçiriləcək. Biz onların hər bir problemini həll edən layihənin hazırlanması üçün müvafiq tərəflər arasında əlaqələrin saxlanmasını dəstəkləyirik", - o deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31