Yunan mediası: Yunanıstan Türkiyə ilə rəqabət apara bilməz- ÖZƏL

Olaylar.az xəbər verir ki,Yunanıstan mətbuatında Türkiyə ilə bağlı hər gün yeni xəbərlər, təhlillər əlavə olunur. Yunanıstanın SLpress saytında dərc olunan "Yunanıstan niyə Türkiyə ilə rəqabət apara bilmir?" başlıqlı xəbəri də onlardan biridir. Xəbərdə Yunanıstan iqtisadiyyatının Türkiyə iqtisadiyyatından geri qaldığı vurğulanıb. Məqaləyə Türkiyə iqtisadiyyatının maliyyə məlumatları daxil edilib. Məqalədə Türkiyənin iqtisadi böyüklüyü 905 milyard dollar, Yunanıstanın isə 223 milyard dollar olması müqayisə edilib. İki ölkənin iqtisadiyyatları arasındakı böyük fərqə diqqət çəkən yazıda "Zaman Türkiyənin xeyrinə gedir" deyilib. Məqalədə Türkiyə sənaye, tikinti, kənd təsərrüfatı istehsalı, turizm kimi bütün sektorlarda təsirli iqtisadi artım göstərərək uğur qazanıb, böyük gücə çevrildiyi, Türkiyənin dünyanın ən böyük yüngül ticari avtomobil istehsalçısı olduğu da bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31