FTB Kraliça Elizabetə qarşı sui-qəsd sənədlərini paylaşıb- ÖZƏL
26 May 2023 15:28 DünyaOlaylar.az xəbər verir ki, ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) İngiltərə kraliçası II Elizabetin 1983-cü ildə ABŞ-a səfəri zamanı planlaşdırılan sui-qəsdin sənədlərini paylaşıb. BBC-nin xəbərinə görə, FTB-nin açıqladığı sənədlərdə kraliçanın ABŞ-a səfəri ilə bağlı məlumatlar və mümkün sui-qəsd planlarının təfərrüatları yer alıb. Sənədlər göstərir ki, kraliça İrlandiya Respublika Ordusunu (IRA) təhlükə kimi qəbul edib və federal agentlərə sui-qəsd ehtimalı barədə xəbərdarlıq edib. Kraliça Elizabeth və əri Şahzadə Filipin səfərdən təxminən bir ay əvvəl sui-qəsdlə bağlı xəbərdar edildiyini bildirən sənədlərdə San-Fransiskoda İrlandiya barında bir adamın "öldürülən qızı üçün qisas almaq" istədiyinə dair kəşfiyyat məlumatları yer alıb. Sənədlər göstərir ki, şübhəli şəxs Qızıl Qapı körpüsündən keçərkən və ya Yosemit Milli Parkını ziyarət edərkən kraliçaya zərər verməyi planlaşdırıb. Sözügedən 102 səhifəlik sənəd ABŞ-ın İnformasiya Azadlığı Aktı çərçivəsində medianın tələbi ilə bu həftə FTB-nin saytında dərc edilib.