Uqandada torpaq sürüşməsi nəticəsində 5 nəfər ölüb- ÖZƏL
26 May 2023 12:05 DünyaOlaylar.az xəbər verir ki, Uqandada gecə saatlarında baş verən sürüşmədə ilk təsbitlərə görə 5 nəfər həyatını itirib. Uqanda Qızıl Xaç Cəmiyyətindən verilən yazılı açıqlamada ölkənin şərqindəki Bulambuli bölgəsində torpaq sürüşməsinin baş verdiyi bildirilib. Açıqlamada gecə saatlarında baş verən hadisədə ilkin təsbitlərə görə 5 nəfərin öldüyü, yuxuda yaxalananlardan 7-ni xilas etmək mümkün olmadığı bildirilib. Sosial şəbəkələrdə yayılan görüntülərdə rayon sakinlərinin öz gücləri ilə yerin altında qalanları xilas etməyə çalışdıqları görülüb. Yerin altında qalanların xilas edilməsi üçün axtarış-xilasetmə işləri davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31