ABŞ öz strateji nüvə mövqeyini nəzərdən keçirmək üçün heç bir səbəb görmür - ÖZƏL

"Rusiyanın Belarusda taktiki nüvə silahlarını saxlamağa hazırlığa başlaması ilə bağlı xəbərlərlə əlaqədar Birləşmiş Ştatlar özünün strateji nüvə mövqeyini nəzərdən keçirmək üçün heç bir səbəb görmür".

Olaylar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

O, Moskva və Minsk arasında Rusiyanın taktiki nüvə silahlarının Belarusdakı obyektdə saxlanmasına dair razılaşmanı "Rusiyanın məsuliyyətsiz davranışının son nümunəsi" kimi pisləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31