Ərdoğanla Kılıçdaroğlunun səs faizi - AÇIQLAMA

Prezident seçkilərinin ikinci turunun keçirilməsinə 3 gün qalmış mübarizə aparacaq namizədlər - Cümhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğan və Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlunun reytinqi açıqlanıb.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, "Konda"nın keçirdiyi son sorğunun nəticələrinə görə, Ərdoğanı seçənlərin sayı 52,7%-ə qalxıb.

Kılıçdaroğluna səs verəcəyini bildirənlər isə 47,3% təşkil edib.

Buna baxmayaraq, "Konda" seçki öncəsi bəzi seçicilərin rəyinin dəyişəcəyini də istisna etməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31