Fransada polis nümayişçilərə qarşı drondan istifadə edəcək- ÖZƏL
25 May 2023 16:16 DünyaOlaylar.az xəbər verir ki, Fransada Dövlət Şurası başda polis olmaqla təhlükəsizlik qüvvələrinin nümayişlərdə pilotsuz təyyarələrdən istifadəsinə icazə verib.
Ölkə mətbuatında yer alan xəbərə görə, dövlət şurası polisin nümayişlərdə pilotsuz uçan aparatlardan istifadə etməsinə icazə verən fərmana etirazı dəyərləndirib. Məhkəmə "təcrübənin qanuniliyinə ciddi şübhə olmadığını" əsas gətirərək nümayişlərdə pilotsuz təyyarələrdən istifadə edilməsində heç bir problem olmadığına qərar verib.
Fərman çıxmazdan əvvəl 2020-ci ildə polis tərəfindən həyata keçirilən bu tətbiqi qadağan edən məhkəmə, bu dəfə aprel ayında yayımlanan fərmanla pilotsuz təyyarələrdən istifadə etmək səlahiyyəti olan polisin lehinə qərar verdi.
Qərara əsasən, polis tərəfindən pilotsuz uçan aparatlardan istifadə zamanı qanun pozuntuları aşkar edilərsə, praktikaya inzibati hakim müdaxilə edə bilər. Polis yalnız dronlarla şübhəli vəziyyətləri izləyə biləcək, hər hansı digər istifadə pozuntu sayılacaq.