Ukrayna ordusu Artyomovski geri almaq üçün hücuma keçəcək - ÖZƏL

 

"Ukrayna hərbçilərinin Artyomovski geri almaq cəhdinə başlamaq ehtimalı yüksəkdir və şəhərin yaxınlığında düşmənin canlı qüvvəsi və texnikası müşahidə olunur".

Olaylar.az xəbər verir ki, bunu Donetsk Xalq Respublikasının (DXR) rəhbərinin səlahiyyətlərini icra edən müşaviri Yan Qaqin bildirib.

"Çasov Yar yaxınlığında və cinahlarda düşmənin texnikası və canlı qüvvəsinin müəyyən qədər toplanması müşahidə olunur, yəni şəhəri geri qaytarmaq cəhdi hələ də olacaq, inanıram. Bu böyük ehtimaldır, lakin nə qədər uğurlu olacağı böyük sualdır. Çünki təkcə şəhərin özü deyil, həm də bütün yollar hazırda artilleriya və aviasiyamız tərəfindən idarə olunur", - məsləhətçi deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31