Rusiya Ukraynaya qarşı KTMT-dən istifadə edə bilər? - ÖZƏL

"KTMT-nin elə Rusiyadan ibarət olduğunu praktiki olaraq qəbul etsək, Ukraynanın Rusiyaya hücumunu elə də ciddi qəbul etməməliyik. Rusiya rəsmilərinin  özləri belə bunu Rusiya ərazisinə hücum kimi şişirdməyiblər, eyni zamanda, Ukrayna da bu hücumda əlinin olmadığını açıqlayır. Amma hər halda hücum Ukrayna ərazisindən olduğu üçün bunda Ukraynanı günahkar göstərmək olar".

Bu fikirləri "OLAYLAR"-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov Belqoroda diversiya hücumunun KTMT-nin Rusiya-Ukrayna müharibəsinə cəlb edilmıəsinin mümkünlüyü barədə danışarkən səsləndirib. O bildirib ki, əslində bu hücumun məntiqsiz olduğu qənaətindədir: "Təbii ki, bu hadisə Rusiyanın zəif cəhətlərini bir daha ortaya çıxardı və cəbhə bölgəsindən qruplaşmalardan birini həmin istiqamətə göndərməyə məcbur etdi. Bu da Ukrayna ordusunun hücumu zamanı işini asanlaşdırır". 

Azər Qasımov deyib ki, KTMT-nin ölü bir qurum olduğu bir gerçəkdir: "Rusiyanın ordusu KTMT-dir. Burdakı ölkələrin orduları Belarus xaric Ukrayna müharibəsində iştirak etməzlər. Belarus isə bu müharibədən uzaq durmağa çalışır. Rusiya da bunları yaxşı bildiyi üçün KTMT adı çəkmir. Hücumu terrorist hücum adlandırır, yəni  terrorçunu vətəni olmur o baxımdan".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31