"Paşinyan ya ölüm hökmünü imzalayacaq, ya da..." - Ermənistan liderinə ÇAĞIRIŞ
25 May 2023 13:04 Dünya"Paşinyan deməli və etməli olduğunu artıq etdi. İndi növbə bizdədir, erməni xalqındadır. Paşinyanın qarşısında iki seçim var. Birincisi, indi danışıqlara gedərək Ermənistanın ölüm hökmünü imzalayacaq. İkincisi, öz istefasını imzalayacaq".
Olaylar.az Sfera.az-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin nümayəndə heyətinin üzvü Hayk Mamicanyan Milli Assambleyanın tribunasında deyib. O, Paşinyan tərəfdarlarının azaldığını qeyd edib.
"Şərti olaraq Paşinyan tərəfdarlarını iki hissəyə ayıraq. Birinci bölmədə Paşinyandan birbaşa asılı olanlar, o cümlədən burada oturanlar və bəzi məmurlar var. İkinci hissə isə hələ də aldanan insanlardır. Onlar Paşinyanın dediklərinə inanmaqda davam edən qardaş və bacılarımızdır. Əslində ətrafımızda onların çox az olduğunu görə bilərik. Ermənistan əhalisinin 90 faizindən çoxu Dağlıq Qarabağın Azərbaycanın tərkibinə daxil olmasını qeyri-mümkün hesab edir. Onun legitimliyə, çoxluğa sahib olması mifdir. Əziz həmvətənlər, Paşinyan sizi aldatmaqda davam edir", - deputat əlavə edib.