Şimali Kiprin xarici işlər naziri "Türk Evi" binasına hücumu pisləyib
25 May 2023 12:27 DünyaŞimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) xarici işlər naziri Tahsin Ərtoğruloğlu Türkiyənin BMT-dəki Daimi Nümayəndəliyi, Nyu York Baş Konsulluğu və ŞKTC-nin Nyu York nümayəndəliyinin yerləşdiyi "Türk Evi"nə hücumu pisləyib.
"OLAYLAR" xəbər verir ki, nazir Ərtoğruloğlu yazılı açıqlamasında "Türk Evi binasına edilən alçaq hücumu şiddətlə qınayıram. Amerika Birləşmiş Ştatları hücumun səbəbkarlarını dərhal müəyyən etməli və onları məsuliyyətə cəlb etməlidir", - deyə bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31