Ukrayna ordusunun baş komandanı Xersonda ağır yaralandı
24 May 2023 22:43 DünyaUkrayna Silahlı Qüvvələrinin (USQ) Ali Baş Komandanı Valeri Zalujnı raket zərbəsi nəticəsində ağır yaralanıb.
Olaylar.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, ukraynalı general mayın əvvəlində Xerson yaxınlığındakı Posad-Pokrovskoe qəsəbəsi yaxınlığındakı Ukrayna ordusunun komanda məntəqəsində yaralanıb.
O, Rusiyanın zərbələri nəticəsində ağır zədə alıb.
Generalın qapalı kəllə-beyin travması və çoxsaylı qəlpə yaraları aldığı bildirilir.
Həmçinin, onun xidmətini davam etdirə bilməyəcəyi deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31